NATO baş katibinin səlahiyyət müddəti uzadılır

NATO baş katibinin səlahiyyət müddəti uzadılır

NATO baş katib Yens Stoltenberqin səlahiyyət müddətini 2024-cü ilin aprelinə qədər uzatmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Məlumata görə, qurum Ukrayna müharibəsi zamanı alyansda stabilliyi təmin etmək istəyir.

Stoltenberqin vəzifədə qalması ilə bağlı rəsmi qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ukrayna müharibəsi səbəbindən NATO baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrına kimi uzadılmışdı.

Teqlər: