Noyabrın 18-dən 29-dək Finlandiyanın ərazi sularında NATO-nun “Stingdantys veai 2024” hərbi dəniz təlimi baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Təlim Finlandiya və NATO müttəfiqlərinin çətin hava şəraitində Baltik dənizi regionunu birgə dəniz əməliyyatları vasitəsilə müdafiə etmək qabiliyyətini gücləndirmək məqsədi daşıyıb.
Təlimlərdə ABŞ, Fransa, Almaniya, Danimarka, İsveç, Estoniya, Latviya və Litvadan 4500-ə yaxın əsgər və dənizçi və 30 gəmi iştirak edib.