NATO-nun Ukraynada hərbçi yerləşdirmək niyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coane deyib.
“NATO ərazisi ilə qeyri-NATO ərazisi arasında dəqiq demarkasiya xətti var, Şimali Atlantika Müqavilənin 5-ci maddəsinin qarşılıqlı yardım müddəası yalnız NATO və üzv dövlətlərin ərazisinə şamil edilir”, – deyə o bildirib.