NATO ABŞ-dan tələb etdi: Bizə silah verin…

NATO ABŞ-dan tələb etdi: Bizə silah verin…

ABŞ-ın NATO müttəfiqləri Vaşinqtondan Rusiyanı cilovlamaq üçün qoşunların gücləndirilməsini və əlavə silah təchizatı tələb edirlər.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, Rusiyaya ərazi cəhətdən yaxın olan ölkələr Ukraynadakı hərbi əməliyyatlardan qorxduqları üçün Qərbin böyük hərbi yardımına ehtiyac duyduqlarını bildiriblər.

“Son bir neçə ayda Avropadakı ABŞ hərbçilərinin sayı 20 min artaraq orada təxminən 100 min ABŞ əsgərinə çatıb, lakin Latviya kimi ölkələr bunun kifayət etmədiyini deyir.

Baltikyanı və Şərqi Avropa ölkələri də Rusiyanı saxlamaq, lazım olan silahların istehsalı prosesini sürətləndirmək üçün Vaşinqtondan müdafiə istehsalının artırılmasını xahiş edirlər. Belə ki, Estoniya Müdafiə Nazirliyinin baş katibi Kusti Salm ölkəsinin xüsusilə HİMARS sistemlərinə, müşahidə və dəqiq zərbələr endirə bilən “Reaper” dronlarına və radar sistemlərinə ehtiyac olduğunu bildirib”, – məlumatda qeyd olunub.

Teqlər: