NATO bir sıra üzv dövlətlər adından təxminən 700 milyon dollarlıq “Stinger” yer-hava raketləri üçün sifariş verib.
AzerTimes “Röyters”ə isinadən xəbər verir ki, bu barədə alyans rəhbəri Yens Stoltenberq deyib.
“Bu gün NSPA (NATO satınalma agentliyi) “Stinger” raketlərinin tədarükü üçün təxminən 700 milyon dollar dəyərində yeni beynəlxalq müqavilə imzaladı”, – deyə o bildirib.