Ukrayna faktiki olaraq NATO-nun üzvü deyil, bu gün Alyansın lideridir.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə rusiyalı politoloq Andrey Piontkovski çıxış edib.
“Onilliklər ərzində bizə deyirdilər: Ukrayna hansısa yüksək meyarlara cavab vermir ki, Şimali Makedoniya və ya Albaniya səviyyəsinə qalxsın. Əslində, kriteriyalara cavab verməyən Ukrayna NATO-nun funksiyasını yerinə yetirən yeganə ölkə olduğunu ortaya qoydu. 70 ildir ki, Qərbi, sivil dünyanı Kreml ordusunun irəliləyişindən qorumaq üçün hazırlıq görülür. Və bu hücum həyata keçiriləndə Qərbi bu qoşundan yalnız Ukrayna qoruya bildi və NATO-nun funksiyasını yerinə yetirə bildi”, – politoloq qeyd edib.