Bolqarıstan ərazisində təxminən 5 min NATO əsgərinin yerləşdirilməsi üçün infrastruktur obyektləri tikiləcək.
AzerTimes xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Todor Taqarev məlumat verib.
“Mənim ABŞ-a səfərim zamanı ərazimizdə çoxmillətli NATO döyüş qrupunun yerləşdirilməsi üçün lazımi infrastrukturun təmin edilməsi imkanları müzakirə edildi. ABŞ infrastrukturun inşasını maliyyələşdirmək üçün kömək etməyə hazırdır”, – Taqarev bildirib.