NATO 155 mm-lik artilleriya sursatlarının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz elə indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınması üçün müqavilə bağladıq. Bu, NATO-ya öz müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək”, – Stoltenberq bildirib.
NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə bildirib ki, üzv ölkələr sursatları imzalanmış müqaviləyə əsasən 24-36 ay ərzində alacaqlar.