Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın Energetika naziri Natiq Əliyev dünyasını dəyişib.
İstanbul şəhərində müalicə olunan nazirin vəziyyəti qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onun ürəyi dayansa da, həkimlərin səyi nəticəsində həyata qaytarılmışdı. Nazirin ürəyinə stendlər taxılmışdı.
Daha sonra o, xüsusi həkim heyeətinin müşayiəti ilə Türkiyəyə aparılmışdı. Nazir “Florence Nightingale” xəstəxanasında müalicə olunurdu.
Natiq Əliyev 23 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub.