Bu gün Praqa Müqəddəs Ruh Kilsəsində erməni terrorçu Soğomon Tehliryana (Tehleryan) həsr olunmuş anım tədbiri keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə “Ordu.az” məlumat yayıb.
Məlumatda Marselin ermənilərin məskunlaşdığı Pomon məhəlləsindəki “Pasteur” meydanında erməni terrorçunun büstü təntənəli şəkildə açılacaq. Açılışdan sonra Pomon Erməni Apostol Kilsəsinin zalında anım tədbiri keçiriləcək.
Soğomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (“Nemezis” əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya “türk gizli polisinin siyasi şöbəsi” ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutyunyanı qətlə yetirib, sonra Berlinə yollanıb. 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb. Teyliryan orada həbs edilib, qısa sürən məhkəmə prosesi erməni faşistlərinin tamaşasına çevrilib. Ermənilər bu prosesdən qondarma “erməni soyqırımı”nın təbliğatı üçün istifadə ediblər. Soğomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən varlı ermənlər bu fonda vəsait köçürülüb. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln Universitetinin hüquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmə Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
Qeyd edək ki, Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli təhqir edilib. Heykəlin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb). Azərbaycan Prezidenti İlham Əliyev İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı bu məsələni gündəmə gətirib, onu vandalizm aktı kimi dəyərləndirib. Heykəl Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilib.