Ötən gün vəfat edən tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
AzerTimes Report-a istinadən xəbər verir ki, N.Babayeva bu gün səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!