ABŞ və Şimali Avropa ölkələrindəki Nasdaq birjaları aprelin
29-dan etibarən Rusiyada fəaliyyətini dayandırır.
Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə Danimarkanın “Saxo Bank” müştərilərinə göndərilən məkrubda deyilir.
“Saxo Bank”ın iki müştərisi məktubun alındığını təsdiqləyib. “Nasdaq məlumatlarına hər hansı aktiv birja abunəlikləri avtomatik
olaraq ləğv ediləcək, aprelin 29-dan yeni abunəliklər qeydiyyat
etmək mümkün olmayacaq”, – bank bildirişində deyilir.
Beləliklə, Rusiyada yaşayan müştərilər, ABŞ və Avropadakı Nasdaq
birjalarından cari və ya gözlənilən bazar məlumatlarına çıxış əldə
edə bilməyəcəklər.