NASA yeni vakansiya elan edib – Planet mühafizəçisi

NASA yeni vakansiya elan edib – Planet mühafizəçisi

ABŞ-ın Milli Aviasiya və Kosmos İdarəsi (NASA) dünyanı yadplanetlilərin həyat tərzindən qoruyacaq bir “planet qoruma məmuru” işə götürəcəyini açıqladı.

İşə qəbul olunacaq şəxsin “insan və robotlarla edilən kosmos kəşflərində bioloji çirkliliyin” qarşısının alınmasının nəzərdə tutulduğu ifadə edilir. Vəzifə öhdəliyi olaraq bu işin məqsədi həm yer kürəsinə tərəf gələn səma cisimlərinin , həm də insanların digər planetlərdə yarada biləcəyi çirkliliyin qarşısının alınması olaraq açıqlandı.

Bu vəzifə üçün nəzərdə tutulan illik ümumi maaş 124.406 və 187.000 dollar arasında olacaq. İş elanına yalnız ABŞ vətəndaşlarının müraciətləri qəbul edilir.

Vakansiyanın iyul ayında elan edilməsinə baxmayaraq ABŞ mətbuatı tərəfindən yenicə xəbər mövzusu olmağa başladı. Elan avqust ayının ortasında bağlanacaq.

1967-ci il tarixli Birləşmiş Millətlər kosmos araşdırmaları müqaviləsində kosmos sahəsində işlər icra edən dövlətlərin çirklənmə ilə əlaqədar tədbirlər də görməsi nəzərdə tutulur.