ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2027-ci ildə kosmosdan tropik qasırğa və tufanları öyrənmək üçün 3 peyk buraxmağı planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu NASA-nın direktoru Bill Nelson qurumun Kosmik Uçuşlar Mərkəzində çıxışı zamanı deyib.
B.Nelson bildirib: “NASA-nın yeni geoelmi missiyasını elan etməkdən məmnunam”.
NASA-nın direktoru qeyd edib ki, layihəyə “INCUS” adı verilib (“Investigation of Convective Updrafts”): “Bunlar üç kiçik peyk olacaq. Onların 2027-ci ildə buraxılacağı gözlənilir. Onlar tropik qasırğaların və tufanların davranışını, o cümlədən onların hava və iqlim modellərinə təsirlərini öyrənəcəklər”.