NASA “Perseverance” apparatının Marsa enişi videogörüntüsünü yayıb (VİDEO)

ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri “Perseverance” (“Əzmkarlıq”) Mars apparatının enişi zamanı çəkilmiş video nümayiş etdiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, video NASA-nın rəsmi saytında yayımlanıb.

Videogörüntüdə apparatın paraşütünün atmosferdə açıldığı andan planetin səthinə toxunduqdan sonra eniş modulunun ayrılmasına qədər olan bütün mərhələlər əks etdirilir.


Teqlər: