NASA-nın Ingenuity helikopteri Marsın səthi üzərində 19-cu uçuşunu həyata keçirib.
Trend xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, atmosferdə yüksək səviyyəli tozun səbəb olduğu bir sıra gecikmələrdən sonra helikopter 2022-ci ildə Mars üzərində ilk uçuşunu həyata keçirib.
Qeyd edilir ki, Ingenuity 100 saniyə havada qalaraq 62 metr məsafəni qət edib.