NASA ilk dəfə bu ölkədən kosmosa raket göndərəcək

NASA ilk dəfə bu ölkədən kosmosa raket göndərəcək

NASA ilk dəfə olaraq ABŞ hüdudlarından kənarda yerləşən özəl kosmodromdan 3 raket buraxacaq.

AzerTimes xəbər verir ki, NASA-nın Avstraliyanın şimalındakı Arnhem Kosmik Mərkəzindən göndərəcəyi suborbital sondaj raketləri üçün 26 iyun, 4 iyul və 12 iyul tarixlərini müəyyən edib.

“Bu, həqiqətən də həyəcanverici layihədir. Söhbət təkcə raketin buraxılmasından getmir. Bu buraxılış gənc avstraliyalılara mesaj göndərir. Bu, elmin hər yaşda olan avstraliyalıların gələcək karyeraları üçün nə qədər vacib olduğunu göstərəcək”, – Avstraliyanın Baş naziri Entoni Albaniz bildirib.

Teqlər: