“Perseverance” (Əzmkarlıq) adlı planet roveri ilə birgə Marsa çatan “Ingenuity” (İxtiraçılıq) adlı helikopter Qırmızı Planetdə ilk sınaq uçuşunu 11 apreldən əvvəl təz olmayaraq həyata keçirəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib.
Uçuşun nəticələri barədə məlumatlar, əgər bu müddət ərzində baş verərsə, Yer kürəsinə növbəti gün – 12 aprel tarixində verilə bilər.
Bundan əvvəl ABŞ kosmik agentliyi uçuşun 8 aprel tarixində reallaşa biləcəyini bildirib.