Xəbər - Fərid Zöhrabov – Trend:
Suraxanı rayonu Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri
altında taksi fəaliyyəti ilə məşğul olan sürücü yol nəqliyyat
hadisəsi törədib.
Trend xəbər verir ki,
paytaxt sakini olan Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı
avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq
qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb.
Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol
Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü tibbi müayinəyə
aparılan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri
altında olduğu sübuta yetirilib.
Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və
avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf
edib.
Həmçinin, sürücü Anar İsmayılovun üzərinə baxış zamanı ondan
şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar
edilib.
Sürücü barəsində Suraxanı Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Anar
İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi
üçün toplanmış material məhkəməyə göndərilib.