Cəlilabad Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin
əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Vaz 21723”
markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona
“saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra
sürücü Cəlilabad rayon sakini Ə.Əlizadənin narkotik vasitə qəbul
etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən
keçirilməsi təmin edilib.
Müayinənin nəticəsinə əsasən Ə.Əlizadənin narkotik vasitədən
istifadə etdiyi məlum olub.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi
üçün Rayon Məhkəməsinə göndərilib.