Qubada iki nəfər narkotik təsiri altında özünü öldürmək
istəyib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
“102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova
martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə
Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək
istəməsini bildirib.
Dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq
tədbirlər həyata keçirilmiş, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və
R.Cəfərovanın olduqları yer müəyyən edilib, saxlanılaraq Polis
Şöbəsinə gətiriliblər.
Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri
altında olmaları müəyyən olunmuş və barələrində İnzibat Xətalar
Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib
edilib.
Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində
inzibati qaydada həbs olunub, R.Cəfərova isə 400 manat məbləğdə
cərimələnib.