Bu gün Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə
təqsirləndirilən H.Q (ad şərti verilib) barəsində həbs qətimkan
tədbirinin seçilməsinə dair vəsatətə baxılıb.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən AzerTimes-a verilən məlumata
görə, H.Q 2022-ci ilin mart ayının 4-də qanunsuz olaraq satış
məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik
vasitələri satış məqsədi ilə ümumi təmiz çəkisi 2170,06 qram olan
qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə
heroini və ümumi təmiz çəkisi 325 qram olan ağ rəngli kristallik
maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini
yaşadığı evə aparıb saxlamış, 2022-ci ilin mart ayının 8-də həmin
narkotik vasitə heroinin təmiz çəkisi 98,505 qram olan hissəsini
bir ədəd bükümdə ayırıb əynindəki qara rəngli gödəkcənin sağ yan
cibinə qoyaraq özü ilə daşımışdır. Bununla əlaqədar, Yasamal rayonu
ərazisində şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olması barədə məlumat daxil olmuş və faktla bağlı cinayət
işi başlanılmışdır.
Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmuş H.Q. barəsində Bakı
şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs
qətimkan tədbiri seçilib.