Xəbər - Fərid Zöhrabov – Trend:
Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək avtomobil idarə edən şəxslər saxlanılıblar.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır