Narkotik yetişdirən Quba sakini saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Barlı kənd sakini
Fərman Mirişov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis
əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri
nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun
qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda
çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə F.Mirişovun evindən narkotik maddə olan marixuana
aşkar olunaraq götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: