Xəbər - Fərid Zöhrabov – Trend:
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Trend xəbər verir ki, həyata keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha iki nəfər – paytaxt sakini Cabir Əliməmmədov və əvvəllər məhkum olunmuş Azər Kərimov tutulublar. Onların üzərindən 42 bükümdə çəkisi 50 qrama yaxın satış üçün qablaşdırılan heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı həmin şəxslər narkotik vasitələri onlayn yolla satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından aldıqlarını bildiriblər.
Qeyd edək ki, C.Əliməmmədov və A.Kərimov Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Təqdim edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.