Narkotik satan 40 nəfər tutulub, 60 kq narkotik dövriyyədən çıxarılıb (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən
əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan daha 40 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, həmin şəxslərdən
ümumilikdə 60 kiloqramdan narkotik vasitə və psixotrop maddə, 2548
ədəd psixotrop tərkibli həb, 1 ədəd tüfəng və 46 ədəd patron aşkar
olunub.
Daxil olmuş əməliyyat məlumatı əsasında Lənkəran şəhərində
keçirilən əməliyyat zamanı Astara rayon sakini Babulla Rüstəmov
saxlanılıb. Onun üzərindən,idarə etdiyi avtomobildən və yaşadığı
evdən 16 kiloqram marixuana, 1 ədəd müvafiq sənədləri olmayan
tüfəng və 25 ədəd patron aşkar edilib.

Baş İdarə əməkdaşlarının Quba rayonunda keçirdikləri əməliyyat
zamanı isə əvvəllər məhkum olunmuş Ənvər Rəhimov və tanışı Emil
Abbasov saxlanılıblar. Bu şəxslərdən 6 kiloqram heroin tiryək,
metamfetamin aşkar edilib.
Paytaxtda, eləcə də, Abşeron və Bərdə rayonlarında həyata keçirilən
əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər
tərəfindən narkokuryerliyə cəlb edilən daha 19 nəfər saxlanılıb. Bu
şəxslərdən 22 kiloqram narkotik maddə, elektron tərəzilər, ekstazi,
metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul
dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar, 21
ədəd patron və patron darağı aşkar olunub.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin
əməkdaşlarının Gəncə, Lənkəran şəhərləri, həmçinin Bərdə, Astara,
Salyan və Cəlilabad rayonlarında həyata keçirdikləri əməliyyatlar
zamanı isə 18 nəfər saxlanılıb. Bu şəxslərdən ikisi – Salyan
rayonunda tutulan Ramiz Ağayev və Ziya Təhməzovdan 13 kiloqram
tiryək, marixuana, 1750 ədəd psixotrop tərkibli həb, elektron
tərəzi və plastik kartlar aşkar olunub. Qeyd edilən şəhər və
rayonlarda tutulan digər 12 nəfərdən isə 3 kiloqram narkotik vasitə
gtürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələrin satışını
təşkil etməklə yanaşı, niyyətlərinin sosial şəbəkələr və digər
vasitələrlə daha çox gənci narkokuryerliyə cəlb etmək olduğunu
bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində
məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Teqlər: