Narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb (FOTO)

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Narkotik qaçaqmalçılığı faktı Şahtaxtı dövlət sərhədindən buraxılış
məntəqəsində qeydə alınıb.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, Naxçıvan
Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə
Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ
Respublikasına gedən İran İslam Respublikası vətəndaşının idarə
etdiyi 37E82710 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı
nəqliyyat vasitəsinə risk meyarı əsasında xidməti itin tətbiqi ilə
gömrük baxışı həyata keçirilib. Xidməti itin reaksiyası nəticəsində
yük nəqliyyat vasitəsinin qoşqusunun sandıqçasında olan ehtiyat
hissənin içərisindən ümumi çəkisi 5 kiloqram 180 qram olan narkotik
vasitə-tiryək aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə
narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli
keçirilməsi) cinayət işi açılıb.

Teqlər: