Narkotik plantasiyası aşkarlandı, 1,6 ton narkotik məhv edildi

Xəbər - Samir Əli – Trend:

Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Teqlər: