Narkotik istifadəçiləri necə müəyyən edilir?

Xəbər - Humay Ağacanova – Trend:

Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi
adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir
təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində
alınan maddədir.


Trend
-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika
Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib

Onun sözlərinə görə, orqanizmə təsiri ilk növbədə neyromediator
olan dofaminin kəskin artması ilə əlaqəlidir.


“Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur:
yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət
aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra
isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal
fikirlərlə) qeyd olunur”, – deyə o bildirib

Teqlər: