Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini,
dosent Dr.İsmayıl Əfəndiyev Media Türk TV kanalına narkotiklərin
yaratdığı xəstəliklər barədə danışıb. Ətraflı videosüjetdə izləyin.
https://youtu.be/1MChJ6fRKtE
Hazırda narkotik vasitələrdən istifadə Azərbaycan üçün çox
aktualdır. Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən əsrin
90-cı illərinin əvvəllərindən indiyə qədər ölkəmizdə həm narkotik
istifadəçilərinin sayı, həm də qeyri-leqal narkotik bazarında
satılan nakotik maddələrin növləri xeyli artıb. Çox təəssüf ki,
hazırda narkotik istifadəçiləri arasında həm gənclər, həm zəif
cinsin nümayəndələri, həm də uşaqlar var.
Inyeksiya yolu ilə qəbul edilən narkotik vasitələr QİÇS, Hepatit
C və digər təhlükəli yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
İnsanların psixiki durumunu pozan, sinir sistemini dağıdan, daxili
orqanlara bilavasitə təsir edən narkotik vasitələr də sürətlə
yayılmaqdadır.
Narkotik maddələrdən istifadə çoxlu sayda təhlükəli
xəstəliklərin yaranmasına səbəb olur. Bəs bu problemi yaşayan
insanları necə müalicə etmək mümkündür, belə ki, onlar özləri
narkotik vasitələr aludəçisi olub, ondan əl çəkməkdən imtina
edirlər.