DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə aprelin 17-də saat 20 radələrində Şəmkir rayonunun
Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət
axınının əksinə sürüldüyü üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, sürücü,
rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o,
həkim müayinəsinə dəvət olunub. Avtomobili dayanacağa təmin etmək
istəyərkən sərnişini, kənd sakini Namaz Namazlı polis əməkdaşlarına
maneçilik törədib. Polis əməkdaşları onu dəfələrlə qanuni
tələblərinə riayət etməyə və nizam-intizama dəvət etsələr də o, bu
hərəkətlərini davam etdirib.
Onlar avtomobillə birgə Şəmkir Rayon Polis Şöbəsinə təhvil
veriliblər.
N.Namazlı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və
535-ci maddələri ilə protokol tərtib olunmuşdur. Şəmkir Rayon
Məhkəməsinin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs
olunub.
Sürücü O.Məsimovun isə narkotik vasitədən istifadə edərək
nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildiyindən barəsində
İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib
edilərək rayon məhkəməsinə təqdim olunub.