Narkotik çəkib avtomobil sürən şəxslər saxlanıldı

Narkotik çəkib avtomobil sürən şəxslər saxlanıldı

DYP Sabirabadda reyd keçirib, 1 sürücü həbs olunub, 5-i cərimələnib.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunub.

Bundan əlavə, son on gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı rayon ərazisində müvafiq sənədləri olmadan avtomobil idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişin daşıma qaydalarını pozan 24 sürücü də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Teqlər: