Narkotik çəkən sürücü postda gərginlik yaratmağa çalışdı

Narkotik çəkən sürücü postda gərginlik yaratmağa çalışdı

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev məlumat verib.

Bildirilib ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, avqustun 26-sı saat 14 radələrində Bakı şəhər sakini Eltac Məcnunzadənin idarə etdiyi “Hunday” markalı, 99-SD-435 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən yoxlama-nəzarət qaydasında saxlanılıb.

Lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək süni gərginlik yaratmağa çalışıb və qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Eltac Məcnunzadənin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Məhkəmənin qərarı ilə E.Məcnunzadə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: