Narkotik alverində təqsirləndirilən şəxs bəraət aldı

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Mahur Rüstəmovun məhkəməsi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə araşdırması zamanı Mahur Rüstəmovun irəli sürülən ittihamla təqsiri sübuta yetirilmədiyindən məhkəmə onun barəsində bəraət hökmü çıxarıb və M.Rüstəmov azadlığa buraxılıb.

Xatırladaq ki, M. Rüstəmov külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilirdi.

Teqlər: