Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz
dövriyyəsində təqsirləndirilən Zaur Qarayevin cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Zaur Qarayev barəsində ittiham öz təsdiqini
tapmadığından ona bəraət verilib və məhkəmə zalından azadlığa
buraxılıb.
Qeyd edək ki, Zaur Qarayev Cinayət Məcəlləsinin 234.4.3-cü
(külli miqdarda narkotik vasitənin dövriyyəsi) maddəsi ilə ittiham
verilib.