Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik
vasitənin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Məmmədovun
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məmmədov 7 il azadlıqdan məhrum
edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi (DİN)
tərəfindən keçirilən əməliyyatla həbs olunub.
E.Məmmədova Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə
qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop
maddələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə yekun
ittiham verilib.