Narkomaniya əleyhinə tədbirlər gücləndirilməlidir – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Gənclər arasında narkomaniyaya meyilliliyin qarşısının alınması istiqamətində tədbirlər gücləndirilməlidir.

Bunu AzerTimes-a açıqlamasında narkomaniya üzrə ekspert Emil Maqalov deyib. Onun sözlərinə görə, narkotik vasitələrdən istifadənin artması bu sahədə görülən tədbirlərin hələ də yetərli olmadığını göstərir:

“Ümumiyyətlə, insanlar niyə buna qoşulur? İlk qurşanan adamların sosial-mədəni statusu necə olub? Hansı şəraitdə ilk dəfə narkotik vasitədən istifadə edib? və s. kimi amillər araşdırılmalıdır. Narkomaniyaya qurşanan insanlar arasında sosial qruplar çoxluq təşkil edir. Narkotik istifadəçilərinin böyük hissəsinin savadlılıq səviyyəsinin aşağı olduğu müşahidə edilir. Bu baxımdan, narkomaniyaya qarşı tədbirləri təkcə fəal gənclər arasında deyil, eyni zamanda intellektual səviyyəsi aşağı olan şəxslərlə də aparmaq lazımdır. Narkomaniya ilə əlaqədar bütün aidiyyatı qurumların fəaliyyəti artırılmalı, narkotik vasitələrin istifadə edilməsi və satışına qarşı tətbiq olunan cəzalar sərtləşdirilməlidir”.

Teqlər: