Narkoman oylağına çevrilən məktəb… – Rəsmi açıqlama

Narkoman oylağına çevrilən məktəb… – Rəsmi açıqlama

Goranboy rayonunda yerləşən məktəblərdən birinin otağından narkomanlar istifadə edirlər.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilib ki, rayonun 2 saylı tam orta məktəbi narkomanlar oylağına çevrilib.

Belə ki, paylaşılan fotolarda divarda, yerdə qan izinə də rast gəlinir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi Goranboy rayonunda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat axtarış tədbirləri həyata keçirilir:

“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan həmin təsərrüfat binasında hər hansı bir narkotik və ya istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib”.

Teqlər: