Narkokuryerlər 19 kq narkotiklə tutuldular (FOTO)

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 19
kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq
qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata
görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon
sakinləri Nurlan Rəhimov və Adəm Təhməzov saxlanılıblar. Onlara
məxsus torbadan ayrı-ayrı bağlamalarda 9 kiloqram 200 qrama yaxın
heroin, 3 kiloqram 640 qram tiryək, 6 kiloqram 530 qram marixuana
aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin
şəxslər sözügedən narkotik vasitələri xarici ölkələrdən birində
yaşayan narkotacir vasitəsilə əldə ediblər və onun dediyi yerlərə
çatdırmaqla satışını təşkil etməli imişlər.

Teqlər: