Narkokuryerlər 17 kiloqram narkotiklə tutuldular (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi
Xidmətinin Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə
keçirdikləri əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan
narkotacir tərəfindən narkokuryerliyə cəlb olunmuş şəxslər
saxlanılıb. Onlardan 17 kiloqrama yaxın narkotik vasitə
aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə,
daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri
nəticəsində Bakı şəhər sakini Qabil Əzizli və Cəlilabad rayon
sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov Fərzili kəndi
ərazisində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
saxlanılıblar. Keçirilən baxış zamanı onlardan ayrı-ayrı
bağlamalarda ümumi çəkisi 16 kiloqrama yaxın narkotik vasitə heroin
və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər sözügedən
narkotik vasitələri xarici ölkələrdən birində yaşayan narkotacir
vasitəsilə əldə ediblər və paytaxt ərazisində onun dediyi yerlərə
çatdırmaqla satışını təşkil etməli imişlər.


Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma
aparılır.

Teqlər: