Narkobarona hökm oxundu

Narkobarona hökm oxundu

Külli miqdarda narkotik vasitələri satış məqsədilə İran vətəndaşından alaraq evində saxlayan təqsirləndirilən şəxs Ufad Məmmədzadəyə hökm oxunub.

AzerTimes Unikal-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Ufad Məmmədzadə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki prokuror Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Ufad Məmmədzadə bu ilin yanvar ayının ortalarında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq İrandan əldə edib. O, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ondan külli miqdar təşkil edən 5 kiloqram narkotik vasitə hesab edilən marixuana ələ keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4. və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Teqlər: