Moskva bir il yeddi ay Rusiya ilə NATO-ya üzv ölkələr arasında əsir mübadiləsini gözlədi.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Onun sözlərinə görə, bu mübadilə Xarici Kəşfiyyat Xidməti üçün əlamətdar hadisə oldu:
“Biz təbii ki, bu hadisəni bir il yeddi ay gözlədik. Və bu, Xidmət üçün əlamətdar hadisədir”.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında əsir mübadiləsi MİT-in vasitəçiliyi ilə Ankarada baş tutub.