“Nar”ın əsas prioriteti müştəriləri keyfiyyətli xidmətlə təmin etməkdir

“Müştərilərlə ünsiyyətdə olduğumuz hər yerdə – mağazalarımızda,
rəqəmsal tətbiqdə və sosial media platformalarında onlara
keyfiyyətli xidmət göstərməliyik”. Bunu “Azerfon”un Baş icraçı
direktoru Qunnar Panke ARB telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 3 il ərzində müştəri məmnuniyyəti
indeksinə görə “Nar”ın lider olması, eyni zamanda bütün
göstəricilər və müştərilərdən gələn rəylər onun doğru yolda
addımladığını sübut edir.

Mobil operatorun uzun müddət ərzində müştərilərə göstərdiyi
keyfiyyətli xidməti qoruduğunu deyən Qunnar Panke əlavə edib ki,
burada yüksək sürətli internet, kəsintisiz zəng ximdətləri nəzərdə
tutulur: “Nar” ölkədəki bütün mağazalarını yeniləməkdədir və sosial
mediada ünvanlanan suallara operativ cavab verməkdədir. Biz
müştərilərimiz üçün güvənli tərəfdaş olmağı hədəfləmişik.
Müştərilərimizi hər zaman dinləyir, problemlərinin ən optimal həll
yolunu təqdim edirik. Düşünürəm ki, biz çox uğurlu olsaq da, hələ
də gediləcək yolumuz var və bu istiqamətdə daha da inkişaf etməyi
planlaşdırırıq”.

Qeyd edək ki, müsahibədə Baş icraçı direktor mobil operatorlar
arasındakı rəqabətdən, Azərbaycandakı biznes mühitindən, turizm
potensialından, eləcə də “Nar”ın strategiyasından və qarşıdakı
hədəflərindən də danışıb. Müsahibənin tam versiyasına aşağıdakı
keçidə daxil olaraq baxmaq olar: https://www.youtube.com/watch?v=dQkc_DbYcTU

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və
tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 2,3
milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət
göstərir.