Narin cinayəti: Şübhələr yenidən qardaşa yönəlir

Narin cinayəti: Şübhələr yenidən qardaşa yönəlir

Türkiyənin Diyarbəkir bölgəsində 19 gün davam edən axtarışlardan sonra cəsədi tapılan Narin Güran cinayətində diqqətlər yenidən azyaşlının qardaşı Enes Gürana yönəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Milliyyət” məlumat yayıb.

Məlumatda Enesin təzadlı, eyni zamanda yalan ifadələr verməsi, hər nə qədər Narinin dırnağında qardaşına aid DNA nümunəsi tapılmasa da, Enesin qolundakı ikinci diş izinin Narinə aid ola biləcəyi düşünülür.

Jandarma nümayəndələrinin fikrincə, Narin Enes tərəfindən öldürüldükdən sonra onun cəsədi ailənin qərarı ilə kənddə kriminal ailə kimi tanınan Bəxtiyara təslim edilib.

Enesin qolundakı ikinci diş izinin kimə aid olmasının istintaqın gedişatına böyük təsiri olacağını deyən ekspertiza səlahiyyətliləri isə Narinin çürüməyə başlayan cəsədi üzərində istismar və ya istismara cəhd olub-olmadığını hazırda müəyyən etməyin çətin olduğunu bildiriblər.

Araşdırma nəticəsində həmçinin Narinin anası Yüksəl Güranın Salim Güran ilə hər hansı telefon danışığı etmədiyi, mesajlaşmadığı, Salimin telefon nömrəsinin ümumiyyətlə Yüksəlin telefonunda qeyd olunmadığı təsbit edilib.

Zəng və mesajlarını silən tək şübhəli Salim Gürandır.

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dövşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib. Məhkəmə tibb ekspertləri Narinin boynunda aşkar edilən şübhəli ləkənin boğulma nəticəsində meydana gəldiyi qənaətindədirlər. İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.

Teqlər: