“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır

“Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 18-ci mövsümü start götürür. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş “Nar” komandası ilə “Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də “Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi “Qarabağ” komandalarını dəstəkləyəcək.

Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də “Nar”ın “Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 9 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. “Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar.


“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Teqlər: