2021-ci il dekabrın 1-dən 2022-ci il yanvarın 15-dək Fəvvarələr
meydanında ənənəvi “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası
keçirildi.
“Nargis” Fondu qürur hissi ilə yarmarkanın hesabatını
diqqətinizə çatdırır. Yarmarka sponsorlarının, mesenatların,
birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin
satışı nəticəsində müalicə və əməliyyat xərcləri tam qarşılanmış
ağır xəstəliklərdən əziyyət çəkən uşaqların siyahısını təqdim
edilir:
Ruhid Mehrəliyev (10 yaş) – beta talassemiya;
Teya Məmmədova (9 yaş) – beta talassemiya;
Xəqan Qubadov (11 yaş) – limfoblast leykoz;
Emil Bağırov (3 yaş) – beta talassemiya;
İ.T. (ailənin xahişi ilə adı qeyd edilmir) – böyrək
köçürülməsi;
Yusif Məmmədov (7 yaş) – Guillian-Barre sindromu;
Fərman Qocayev (6 yaş) – sümük xərçəngi;
Mehdi Səmədli (2 yaş) – beta talassemiya.
Hər bir uşağın sənədi və şəkli hesabata əlavə edilir. Həmçinin
yaxın zamanda ayrı-ayrılıqda hər bir uşaq haqqında daha ətraflı
məlumat Fond tərəfindən təqdim olunacaq. Uşaqların müalicə və
əməliyyat xərcləri 706 100 AZN təşkil etdi.
“Nargis” Fondu dəstək olmuş hər bir kəsə və hər bir quruma dərin
minnətdarlığını bildirir. Qoy bütün uşaqlar sağlam böyüsün!
Mənbə: www.nargisfund.com