Hindistanda keçirilən parlament seçkilərində qalib gələn Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın (NDA) lideri Narendra Modi and içərək üçüncü dəfə Hindistanın baş naziri olub.
AzerTimes xəbər verir ki, andiçmə mərasimi Hindistan televiziya kanalları tərəfindən canlı yayımlanıb.
Modi bununla ölkədə ardıcıl üçüncü dəfə hökumət başçısı postunu tutan ikinci siyasətçi olub.
Ondan əvvəl bunu müstəqil Hindistanın ilk baş naziri Cavaharlal Nehru edib.