Narendra Modi Pakistana dəvət edildi

Narendra Modi Pakistana dəvət edildi

Pakistan Hindistanın Baş naziri Narendra Modini Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) hökumət başçılarının görüşündə iştirak etmək üçün İslamabada dəvət edib.

AzerTimes xəbər verir ki, bu barədə “Ekspres Tribun” məlumat yayıb.

Nəşr qeyd edib ki, Pakistan səkkiz ildən sonra ilk dəfədir ki, Hindistan liderini ölkəyə rəsmi səfərə dəvət edir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı hökumət başçılarının görüşü oktyabrın 15-16-da İslamabadda keçiriləcək.

Teqlər: