Narazılığı aradan qaldırmaq üçün həkimlərin maaşı artırılıb – Zaur Əliyev

Xəbər - Elçin Mehdiyev – Trend:

İcbari tibbi sığortanın tətbiqində həkim narazılığını aradan
qaldırmaq üçün həkimlərin maaşı artırılıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari
Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur
Əliyev deyib.

Sədr bildirib ki, burada iki artım var: “Biri sabit əlavədir,
hansı ki, həkimin fəaliyyətindən asılı olmayaraq, olan artımdır.
İkincisi isə xidmətə görə artımdır. Bir çox həkimlər var ki,
göstərdiyi xidmətə görə kifayət qədər böyük vəsaitlər alır. Sadəcə,
bu təzə sistem olduğu üçün vaxt lazımdır ki, həkimlər bunu
öyrənsin, xəstəxanalar bu sistemə uyğunlaşsın.

Mən düşünürəm ki, xəstəxalar və həkimlər bu ilin sonuna qədər
daha da peşəkarlaşacaqlar. Müəyyən dərəcədə həkimlərin
narazılıqlarını başa düşürəm. Ölkədə bütün sistemi yenidən
dəyişməyə zaman lazımdır”.

Teqlər: