“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur (FOTO)

Azərbaycan İKT sahəsində yerli peşəkarların yetişməsi məqsədilə
keçirilən “Mobil rabitənin əsasları” təlimi Azərbaycan Texniki
Universitetində (AzTU) növbəti dəfə keçirildi. Texniki peşə
istiqamətlərində təhsil alan tələbələr üçün nəzərədə tutulan təlim
proqramı mobil operator “Nar” tərəfindən hazırlanır.

Təlimdə iştirak edən tələbələr mobil rabitənin tarixi, təkamülü,
standartları, həmçinin, şəbəkə arxitekturası və texnologiyaları
kimi əhatəli mövzular haqqında biliklər əldə edir.

Bütün mövzular “Nar”ın texniki heyəti tərəfindən mobil
operatorun təcrübəsi əsasında hazırlanır və elə texniki heyətin
əməkdaşı tərəfindən keçilir. Təlimlər zamanı tələbələr suallarını
birbaşa mobil operatorun nümayəndəsinə ünvanlamaq imkanı əldə
edir.

Qeyd edək ki, “Mobil rabitənin əsasları” təlimi “Nar” və AzTU
arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində davamlı
olaraq hər il keçirilir. Bu təlimlərin tələbələrin universiteti
bitirdikdən sonra karyeralarına daha rahat başlanğıc etmək və qısa
zamanda rabitə sahəsinin peşəkarlarına çevrilmək imkanı
yaradır.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə
fəaliyyətə başlayaraq qısa bir
müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin
aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri
Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.